6 Avqust 2020 01:36
1 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda qətlə yetirilən qadının kimliyi və hadisənin təfərrüatları məlum olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Stansiya Goran qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, İmanova Gülbuta Gülzalı qızı odlu silahdan açılmış atəş nəticəsində ölüb.

O, iki güllə yarası alıb və aldığı xəsarətlərdən dünyasını dəyişib.

İlkin məlumata görə, qadın həyat yoldaşı tərəfindən qətlə yetirilib.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.

23:42

Goranboy rayonunda qətl hadisəsi baş verib.

Rayon ərazisində qadın güllələnib.

Odlu silahdan açılmış atəş nəticəsində yaralanan qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər