Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Yasamal rayonunda əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, idarə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini E.Əhədov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun Yasamal rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı oradan 30 kiloqramdan çox narkotik vasitə, o cümlədən 21,5 kiloqramdan artıq heroin və 9 kiloqrama yaxın metamfetamin aşkar edilərək götürülüb.