12 Avqust 09:36

Bakının Suraxanı rayonunda qətl hadisəsi törətməkdə ittiham olunan Əsgər Əsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Samir Əliyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə bu ilin yanvarın 1-də, Hövsan qəsəbəsində baş verib.

1983-cü il təvəllüdlü İlkin Dövlətov tanışı Əsgər Əsgərovla mübahisə edib.

Mübahisə zamanı Əsgər Əsgərov İlkin Dövlətova çoxsalı bıçaq xəsarətləri yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Lakin həkimlərin bütün tibbi yardımlarına baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib.

İstintaq orqanı tərəfindən Əsgər Əsgərovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov