12 Avqust 2020 09:50
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda qətl hadisəsi törətməkdə ittiham olunan 1996-cı il təvəllüdlü İsmayıl Ağasənovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əlövsəd Abasovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin fevralın 9-na keçən gecə saat 23 radələrində Xətai rayonu Zığ yolu 22 ünvanında yerləşən marketdə satıcı işləyən 1958-ci il təvəllüdlü Bəxtiyar Yusif oğlu Əliyev bıçaqlayaraq öldürülüb. Onu 1996-cı il təvəllüdlü qonşusu İsmayıl Ağasənovun öldürdüyü üzə çıxıb.

Məlum olub ki, 24 yaşlı İsmayıl pul əldə etmək üçün gecə saatlarında bıçaq götürərək 62 yaşlı Bəxtiyar Əliyevin satıcı işlədiyi marketə basqın edib. O, özündən 38 yaş böyük şəxsə bıçaqla ağır zərbə endirib. Yaralı daha sonra hadisə yerinə gələn şəxslərin köməkliyi ilə Sabunçudakı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

İstintaq orqanı tərəfindən İsmayıl Ağasənovun barəsində Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər