12 Avqust 2020 11:00
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızı rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Sitalçay kənd sakini Dadaş Rüstəmov həyətyanı sahəsində yetişdirdiyi çətənə bitkilərini dərən zaman “iş başında” yaxalanıb.

Hal şahidlərinin iştirakı D.Rüstəmov tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çəkisi 8 kiloqram 150 qram olan 5 ədəd çətənə bitkisi maddi sübut kimi götürülərək ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı D.Rüstəmov çətənə bitkilərini şəxsi istifadəsi üçün becərdiyini etiraf edib.

Faktla bağlı Xızı rayon polis şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər