11 Oktyabr 2014 11:00
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda kabel oğurlayanlar həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis idarəsindən məlumat verilib.

Məlumata görə, Puta qəsəbəsi ərazisində yerləşən Aztelekom İstehsalat Birliyinə məxsus 700 metr uzunluğunda magistral rabitə kabeli oğurlanıb.

Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuşlar 1953-cü il təvəllüdlü Şamoy Məhərrəmov və 1960-cı il təvəllüdlü Məhəmməd Allahverdiyev tutulublar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər