13 Avqust 2020 17:40
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda silahlı insident törətməkdə ittiham olunan Fanil Muradovun cinayət işi üzrə ibtidai sitintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Xəqani Səmədovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadcisə bu ilin mayın 4-ü saat 17:10 radələrində rayonun Dəllər-Cırdaxan kəndində qeydə alınıb.

Belə ki, Dəllər-Cırdaxan kənd sakini Famil Muradov kəndin Şəhidlər Xiyabanının ərazisində yerləşən ağaclıqda sərxoş vəziyyətdə ov tüfəngi ilə həmkəndlisi Asif Muradovu bir dəfə atəş ataraq yaralayıb.

İstintaq orqanı tərəfindən Famil Muradovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov