15 Avqust 2020 14:36
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sabirabad rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Əlicanlı kəndi sakinləri Ş.Xəlilov və əvvəllər məhkum olunmuş R.İsmayılov həbs edilib.

Onların Əlicanlı kəndi ərazisində kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu və 1,9 kiloqrama yaxın marixuana aşkar edilib.


Müəllif: Hacı Zeynalov