16 Avqust 2020 14:56
1 911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini olan 3 qadının pul və mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini C.Əhmədli saxlanılıb.

Onun əvvəllər də oğurluq etdiyi üçün məhkum olunduğu üzə çıxıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov