16 Avqust 2020 11:59
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda atasını öldürəkdə təqsirli bilinən 1969-cu il təvəllüdlü Namiq Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Xəqani Səmədovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin martın 19-da Bərdə rayon sakini 1936-cı il təvəllüdlü Əkbər Mustafayev köməksiz vəziyyətdə olarkən bıçaqlanaraq qəsdən öldürülüb.

İstintaqla zərərçəkmişin oğlu xroniki psixi xəstəlikdən əziyyət çəkən 1969-cu il təvəllüdlü Namiq Mustafayevin aralarında ailə-məişət zəminində yaranmış mübahisə nəticəsində yaşadıqları evdə aşkar surətdə köməksiz vəziyyətdə olmaqla yatmış atası Əkbər Mustafayevə bıçaq xəsarəti yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, Namiq Mustafayev cinayət əməlini törədən zaman düçar olduğu xroniki psixi xəstəlikdən əziyyət çəkərək öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmayıb.

İstintaq orqanı tərəfindən Namiq Mustafayevin barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər