16 Avqust 2020 23:10
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, 1968-ci təvəllüdlü Məlikov İkram Həbib oğlunun şöbənin müvəqqəti saxlanma təcridxanasında öldüyü qeyd edilir.

Məlumata görə, onun meyiti müayinə olunmaq üçün Şirvan şəhər Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə göndərilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, bir neçə gün öncə Hacıqabul Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada sutkalıq həbs edilmiş Hacıqabul rayon sakini İkram Məlikov polis şöbəsinin müvəqqəti saxlanma təcridxanasında bu gün intihar edib:

“O, bu gün müvəqqəti saxlanma təcridxanasında mələfə ilə özünü asıb. Dərhal ekspertlər, prokurorluq və polis əməkdaşları hadisə yerinə gediblər, meyitə baxış keçiriblər. Onun intihar nəticəsində dünyasını dəyişdiyi təsdiqlənib”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər