17 Avqust 2020 12:42
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinə avqustun 14-də Suraxanı qəsəbəsi ərazisində qəsəbə sakini X.Rəhimovun idarə etdiyi “KİA” markalı avtomobilə sərnişin qismində minən bir nəfərin bıçaqla onu hədələyib 200 manatını alması barədə müraciət daxil olub.

Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər