17 Avqust 2020 14:52
380

Sumqayıt şəhərində narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Şamilov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 910 qram heroin aşkar edilib.


Müəllif: Hacı Zeynalov