2 May 2014 19:16
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bu ilin birinci rübündə 74 cinayətkar qrup zərərsizləşdirilib.

Teleqraf.com-un xəbərinə görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini, polis polkovniki Cəfər Fərzəlizadə deyib.

Onun sözlərinə görə, cari ilin birinci rübündə Baş İdarənin cibgirlik cinayətlərinə qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatları əsasında ərazi orqanları ilə keçirilmiş birgə tədbirlərlə Binəqədi, Xəzər, Nərimanov, Xətai, Suraxanı, Səbail, Nəsimi, Qaradağ və Abşeron rayonları ərazisində 103 mənzil oğurluğu törətmiş Azərbaycan və Gürcüstan vətəndaşlarından ibarət cinayətkar qrup, Binəqədi rayon polis idarəsi tərəfindən isə paytaxt ərazisində 278 oğurluq faktı törətmiş 125 nəfərdən ibarət 74 cinayətkar qrup zərərsizləşdirilib.

Mühafizə xidmətləri tərəfindən 2013-cü ildə 6177 obyekt, o cümlədən 2227 mənzil qorunmuşdur. İlin əvvəlindən qorunan obyekt və mənzillərin sayı 322 vahid artmış, mühafizə olunan obyektlərdə 130 oğurluğun qarşısı alınıb.

Ötən il mülkiyyət əleyhinə olan cinayətlərin açılması 70,5 faiz təşkil edib, cari ilin 3 ayında isə mülkiyyət əleyhinə olan cinayətlərin açılması ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz, soyğunçuluqların açılması 18 faiz, şəxsi əmlak oğurluqlarının açılması 2,5 faiz, mal-qara oğurluqlarının açılması 19,0 faiz, avtomaşınlardan edilən oğurluqların açılması 19,7 faiz yaxşılaşıb.

Hacı Zeynalov


Müəllif: