18 Avqust 2020 09:30
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyəzən rayon polis şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayon sakini Şahin Hacıyev saxlanılıb.

Ona məxsus rayon ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı oradan aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi, ümumi çəkisi 38 kiloqrama 500 qram olan 15 ədəd çətənə kolu, eləcə də 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı Siyəzən rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər