Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakıda restoranlardan birində əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, əməliyyat kriminal aləmin nümayəndələrinə qarşı keçirilib.
Əməliyyat zamanı xeyli şəxsin saxlanıldığı bildirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, hazırda əməliyyat davam edir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.