Mingəçevir şəhərində oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhər sakini F.Səmədovun avtomobilindən 400 manat pul oğurlanıb.
Mingəçevir şəhər polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qəbələ rayon sakini A.Özbəkov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.