Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Vüqar Məmmədovun sədrlik etdiyi iclasda istintaq orqanını təqdimatı təmin olunub.
Ceyhun Cəfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
***
13:14
Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə gətirilib.
Teleqraf.com xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə istintaq orqanını təqdimatına baxılır.
***
12:20
Kürdəmir rayon İcra Hakimiyyəti başçısı Ceyhun Cəfərovu barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən məhkəməyə təqdimat göndərilib.
Teleqraf.com xəbər verir ki, təqdimat Binəqədi rayon Məhkəməsinə təqdim olunub.
Təqdimat araşdırılması üçün hakim Vüqar Məmmədovun icraatına verilib.
Yaxın saatlarda təqdimata baxılacaq.
İstintaq orqanı tərəfindən Ceyhun Cəfərovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.
Qeyd edək ki, Kürdəmir rayon İcra Hakimiyyəti başçısı Ceyhun Cəfərov, Kürdəmir rayon İcra Haki miyyəti başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov Baş prokuror yanında Korupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.
Xatırladaq ki, Kürdəmir rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimovun barəsində həbs qətimkan tədbiri seçilib.
Binəqədi rayon Məhkəməsində hakim Fərid Əmirəliyevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.
Tacəddin Novruzov və Natiq Kərimovun barəsində 4 ay müddətinə həbs qqətimkan tədbiri seçilib.
İstintaq orqanı tərəfindən Tacəddin Novruzov və Natiq Kərimovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.