Türkiyənin Antalya şəhərində otellərdən birində "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovu güllələyərək qətlə yetirən “Xan Bakinski” qələbli Xaqan Dəyanət oğlu Zeynalovun ilkin ifadəsi yayılıb.
Teleqraf.com "Hürriyət"ə istinadla xəbər verir ki, Xaqan Zeynalov Nadir Səlifovla birgə böyüsə də, ona nifrət etdiyini söyləyib.
“Onu ümumiyyətlə sevmirdim. Birlikdə böyümüşük, onun cangüdənliyini etmişəm, illər boyu ona dözmüşəm. Xoşum gəlməyə-gəlməyə bu işi görürdüm. Buna görə də onu öldürdüm”.
Qeyd edək ki, Lotu Qulinin qətlinə görə Xaqan Zeynalovla yanaşı Əmir Əhmədli də saxlanılıb.