Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi törətməkdə ittiham olunan İntiqam Şahkərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Eldar Mikayılovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, Binəqədi rayonu ərazisində 20 yaşlı İskəndər Rəhimli bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Hadisəni törədən İntiqam Şahkərimov həbs olunub.
İstintaq orqanı tərəfindən İntiqam Şahkərimovun barəsindən Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.