Göygöl şəhərində yerli sakin qarın nahiyəsindən bıçaq xəsarəti alıb.
Teleqraf.com xəbər verir ki, Göygöl şəhər ərazisində 40 yaşlı Natiq Niftəliyev qarın nahiyəsindən bıçaq xəsarəti alıb.
O, öncə Göygöl rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.
Hadisənin baş verdiyi şərait hələ ki, məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.