Baş Prokurorluq Gəncə şəhərində keçirilən əməliyyatla bağlı məlumat yayıb.
Teleqraf.com-un xəbərinə görə, məlumatda qeyd olunur ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhər İcra Hakimiyyətində işləmiş vəzifəli şəxslərə qarşı əməliyyat keçirilib.
Keçirilən əməliyyatla bağlı ictimaiyyətə yaxın vaxtlarda ətraflı rəsmi məlumat veriləcək.