25 Avqust 2020 11:24
3 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində xuliqanlıq etməkdə ittiham olunan 1999-cu il təvəllüdlü Sabir Məstəliyev və onun həmyaşıdı Raqib Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Sabir Məstəliyev tanışı Raqib Eyvazov ilə bir birlikdə Şirvan şəhəri, S.Zeynalov küçəsində yerləşən Şirvan Dövlət Peşə Litseyinin qarşısında Əli Musayev ilə mübahisə ediblər.

Hər iki şəxs Əli Musayevin ünvanına nəlayiq söyüşlər söyüblər.

Bununla sakitləşməyən Sabit Məstəliyev Əli Musayevin yaxasından tutaraq, onun sifət nahiyyəsinə bir neçə dəfə şillə vuraublar. Raqib Eyvazov isə ayağı ilə Əli Musayevə təpik vurub.

Əli Musayev onların əllərindən yaxa qurtararaq yaşayış binalarına tərəf qaçıb və ətrafda olan şəxsləri köməyək çağırmaq istəyib.

Bu zaman hər iki şəxs Əli Musayevi təqib edib. Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən və ictimai yer hesab edilən "İnternet Playstation" oyun zalının qarşısında yaxalayıblar.

Sabir Məstəliyev yenidən Əli Musayevə zor tətbiq edilməsi hədəsi ilə müşaiyət edilən qərəzli hərəkətlər edib.

Bu zaman Raqib Eyvazov Əli Musayevin arxasına keçərək, ona badalaq atmaqla arxası üstə yerə yıxıb.

İstintaq orqanı tərəfindən Sabir Məstəliyev və Raqib Eyvazovun barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

Şirvan şəhər Məhkəməsinin hökmü ilə Sabir Məstəliyev 1 il 6 ay, Raqib Eyvazov isə 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Hökmdən narazı qalan Sabir Məstəliyev apelayasiya şikayəti verib. O, barəsində daha yüngül cəzanın təyin olunmasını istəyib.

Sabir Məstəliyevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Kamil Bəşirovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, Sabir Məstəliyevin şikayəti qismən təmin edilib və onun cəzası 1 ilə endirilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər