12 Oktyabr 2014 16:28
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda və Abşeron yarımadasında

Günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Cənub küləyi 9-14 m/s, gecə və səhər arabir 16-20 m/s.
Teleqraf.com-un məlumatına görə, havanın temperaturunun gecə 12-15° isti, gündüz 19-23° isti, Bakıda gecə 13-15° isti, gündüz 20-22° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiztəşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında

Əsasən yağmursuz keçəcək, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Cənub küləyi 5-10 m/s. Temperaturun gecə 6-11° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub küləyi 5-10 m/s, bəzi dağlıq ərazilərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 2-7° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Əsasən yağmursuz keçəcək. Cənub küləyi 5-10 m/s, bəzi dağlıq ərazilərdə arabir 18-23 m/s-dək güclənəcək.
Havanın temperaturunun gecə 8-13° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba,
Xaçmaz, Qusar rayonlarında

Əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.
Cənub küləyi 5-10 m/s, bəzi dağlıq ərazilərdə arabir 20-25 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 14-19° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman ehtimalı var. Cənub küləyi 5-10 m/s, bəzi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi 5-10 m/s, bəzi dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacağı gözlənilir.


Müəllif:

Oxşar xəbərlər