Yasamalda dəhşətli qətl hadisəsi baş verib. 36 yaşlı kişi həyat yoldaşını boğaraq öldürüb.
Bu barədə Teleqraf.com-a Yasamal Rayon Polis İdarəsindən bildiriblər.
Xəbərə görə, hadisə bu gün, H.Zərdabi küçəsi, 71, mənzil 176-da qeydə alınıb. Keçmiş polis işçisi, 1978-ci il təvəllüdlü Dilavər Nadir oğlu Əhmədov həyat yoldaşı, 1989-cu il təvəllüdlü Günay Eldar qızı Əhmədovanı boğaraq öldürüb. Buna onların arasında münaqişə yaranması səbəb olub.
Həyat yoldaşını qətlə yetirən Dilavər Əhmədov könüllü olaraq polisə təslim olub. Faktla bağlı araşdırma aparılır.