26 Avqust 2020 13:50
1 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə narkotik tərkibli bitkilərin yetişdirilməsi və satışı ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Daxil olmuş məlumat əsasında Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum edilmiş Tariyel Məmmədov saxlanılıb.

Tariyel Məmmədovun şəhər ərazisində kirayə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman orada aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi uzunluğu 45 sm-dən 330 sm-dək olan, çəkisi 400 kiloqrama yaxın 149 ədəd çətənə kolları və satış üçün qablaşdırdığı ümumi çəkisi 1 kiloqram 300 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Həmçinin T. Məmmədovun həmin yerin mühafizəsi məqsədi ilə istifadə etdiyi kənardan idarə olunan video kamera, gecə görüntüsü üçün xüsusi hazırlanmış fənər, satış məqsədi ilə istafadə etdiyi elektron tərəzi və eləcə də digər müxtəlif növ vasitələr və qurğular da maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər