26 Avqust 2020 21:25
4 954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehranda onlarla tələbə qızı zorlamaqda ittiham olunan Keyvan İmamverdi adlı şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə İran hüquq-mühafizə orqanları məlumat yayıb.

Onlarla qızın sosial şəbəkələrdə bu məsələni ifşa etməsinin ardınca polis əməkdaşları cinsi zorakılıqda günahlandırılan həmin şəxsi həbs ediblər.

Qeyd edək ki, son günlər 40-a yaxın tələbə qız Tvitter, İnstaqram və digər sosial şəbəkələrdə həmin şəxs tərəfindən aldanılaraq zorlandıqlarını iddia edib. Məlumata görə, arxeologiya üzrə təhsil aldığı və Tehranda kitab mağazası olduğu bildirilən həmin şəxs müxtəlif vaxtlarda tanış olduğu hər bir tələbə qızı öz evinə dəvət edib. İçkilərinə dərman tökərək yuxuya verdikdən sonra cinsi zorakılığa məruz qoyub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər