28 Avqust 2020 11:12
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) qanunsuz əməllərə görə başlanılan cinayət işi üzrə istintaq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsində davam etdirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun “Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında məlumat verilib.

Bildirilib ki, istintaqın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.

Qeyd edək ki, KİVDF-də qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər