30 Avqust 2020 21:31
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası ilə mübarizə məqsədilə Azərbaycanda tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə əsasən ölkə ərazisində bütün kütləvi tədbirlərin, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb. Buna baxmayaraq, xüsusi karantin rejiminin tələblərini kobud şəkildə pozan vətəndaşlara rast gəlinir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com xəbər verir ki, Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman dini məclislərin keçirilməməsi ilə əlaqədar xəbərdarlıqlara baxmayaraq, bir qrup şəxsin rayonun Velədi kəndi ərazisində Aşura mərasimini keçirməyə cəhd göstərdiyini aşkarlayıblar.

Polis əməkdaşları mərasimin keçirilməsinin qarşısını alıblar. Orada olan 18 nəfər polis şöbəsinə gətirilib və onlarla maarifləndirmə söhbətlər aparılıb. Karantin rejimi qaydalarını pozan həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər