13 Oktyabr 2014 10:18
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda 55 yaşlı kişi ehtiyatsızlıqdan ölüb.

Bu barədə Teleqraf.com-a Nərimanov rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə rayonun “Çermet” qəsəbəsi H. Mirzəyev küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan 1959-cu il təvəllüdlü Maqsud Qurbanov yaşadığı evin pilləkənindən yıxılıb. Xəsarət alan Maqsud Qurbanov Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər