13 Oktyabr 2014 12:20
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda qətl hadisəsi baş verib.

Xəzər rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Zirə qəsəbəsində qeydə alınıb.

Məlumata görə, qəsəbə sakini Asif Məmmədov Oqtay Rzayevi bıçaqlayıb. Oqtay Rzayev aldığı bıçaq xəsarətindən hadisə yerində ölüb. Asif Məmmədov həbs edilib.

İstintaqa ifadə verən Asif Məmmədov törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, Oqtay Rzayevlə şəxsi münasibətlər zəminində mübahisəsi olub və mübahisə qanlı olayla nəticələnib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: