3 Sentyabr 2020 08:34
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtonda polisin silahla yaraladığı afroamerikalı xəstəxanada ölüb.

Teleqraf.com xəbər verir ki, Vaşinqton polisinin rəhbəri Piter Nyusem mətbuat konfransında baş verənlərə aydınlıq gətirib.

"Polislər küçədə avtomobillərdən birində silahlı şəxslərin olması barədə məlumat aldıqdan sonra əraziyə gəliblər. Onlar avtomobilə yaxınlaşdıqda maşındakılar qaçmağa başlayıblar. Polislərdən biri xidməti silahından atəş açıb. Yaralanmış bir nəfər yerli xəstəxanaya çatdırılıb, orada onun öldüyünü bildiriblər. Biz hadisə yerində iki odlu silah aşkarladıq".

O, ölən şəxsin kimliyi və polis barədə məlumat verməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər