13 Oktyabr 2014 12:28
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı İstintaq Təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb. bu barədə

Teleqraf.com-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan Elşad Abbasovun yanına qısamüddətli görüşə gəlmiş tanışı Edqar Əmirovun görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.

Keçirilən baxış zamanı Edqar Əmirovun gətirdiyi sovqatdakı kartofun içərisində xüsusi üsulla gizlədilmiş, daxilində “Nar” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Elşad Abbasov Cinayət Məcəlləsinin 221.3 maddəsinə əsasən təqsirli bilinərək həbs edilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər