5 Sentyabr 2020 13:03
1 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadınları ölkə hüdudlarından kənarda cinsi istismara məruz qoymqada ittiham olunan Aynurə Şikarovanın barəsində cinayət işi başlanıb.

Teleqraf.com xəbər verir ki, istintaq orqanı tərəfindən Aynurə Şikarovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək), 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə), 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) və 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) maddələri ilə ittiham elan edilib.

Nərimanov rayon Məhkəməsində hakim Tural Ələkbərovun sədrliyi ilə baş tutan icasda istintaq orqanını təqdimatına baxılıb.

Aynurə Şikarovanın barəsində həbs qətimkan tədbiri seçilib. Aynurə Şikarova İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər