Daxili İşlər Nazirliyi Biləsuvarda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, oktyabrın 11-də Biləsuvar rayonunun Zəhmətabad kəndində rayon sakini, əvvəllər məhkum olunmuş Tofəddin Hacıyev evinin həyətində qızı Aidəni bıçaqla qətlə yetirib.
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tofəddin Hacıyev tutulub.
Qeyd edək ki, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb. Kənd sakini Tofiq Hacıyev 26 yaşlı qızı Aidə Hacıyevanın başını kəsərək öldürüb.
Tofiq Hacıyevin qızı ailəli olub. İki uşaq anası olan qadın başqa bir kişi ilə münasibət qurub. Onun bu hərəkəti kənd sakinləri arasında yayılıb. Tofiq Hacıyev hadisədən əvvəl qızı ilə bu haqda mübahisə edib. Mübahisə zamanı Tofiq Hacıyev qızını öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov