7 Sentyabr 2020 10:35
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar rayonunun Əsgərabad kənd sakini Musa Rəmiyev saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirillib.

Məlumata görə, Musa Rəmiyevin özünə məxsus müxtəlif növ narkotik vasitə, psixatrop və güclü təsirli maddələri saxladığı idman çantası Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi ərazisində gizlətdiyi yerdən aşkar edilib. Həmin idman çantasından ayrı-ayrı bükümlərdə ümumilikdə 7 kiloqram 637 qram narkotik vasitə tiryək, 284 qram heroin, 74 qram qurudulmuş marixuana, 2 kiloqramdan artıq psixatrop maddə metamfetamin və tərkibində güclü təsiredici maddələr olan 90 ədəd “Gabaprel 300” preparatları aşkar edilib.

Musa Rəmiyevin həmin narkotik vasitə, psixatrop və güclü təsiredici maddələri İran İslam Respubikasından qanunsuz olaraq əldə etdiyi və qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirdiyi müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər