13 Sentyabr 2020 10:28
1 986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qeyri-rəsmi münasibətdə olduğu qadının qızına qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan Lerik rayon sakini, 1986-cı il təvəllüdlü İnam Dənziyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, İnam Dənziyev 11 oktyabr 2019-cu il tarixdə, gecə saat 01 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük savxozunda yerləşən yaşadığı evdə 2009-cu il təvəllüdlü Samirə Verdiyevaya (ad və soyad şərti verilib – red.) qarşı əxlaqsız hərəkətlər edib.

Məlum olub ki, Samirə Verdiyeva İnam Dənziyevin qeyri-rəsmi nikahda yaşadığı Məlahət Verdiyevanın qızı olub.

Belə ki, gecəyarısı ayaq yoluna gedən qadın geri qayıdanda İnam Dənziyevi qızının yatağında lüt vəziyyətdə görüb.

Qadının iddiasına görə, həmin vaxt İnam Dənziyev azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edirmiş.

Məlahət Verdiyeva baş verən olayla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Onun müraciəti əsasında İnam Dənziyev həbs edilib.

İstintaq orqanı tərəfindən İnam Dənziyevin barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsızlıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Xəzər rayon Məhkəməsinin hökmü ilə İnam Dənziyev 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilib.

Hökmdən narazı qalan İnam Dənziyev apekyasiya şikayəti verib. O, ittiham üzrə özünü təqsirli bilməyib.

İnam Dənziyev qeyd edib ki, Məlahət Verdiyeva onun barəsində bohtan xarakterli məlumat verib. O, qeyri rəsmi qadının ona şər atmasını belə izah edib ki, münasibətlərini rəsmi nikahda olan arvadından gizlədib.

İnam Dənziyev barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Elmar Rəhimovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

İnam Dənziyevin apelyasiya şikayəti təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər