19 Sentyabr 2020 23:45
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Rayonun Novxanı kəndində iki avtomobilin toqquşması nəticəsində sərnişin 1982-ci il təvəllüdlü Məmmədquliyeva Vəfa Vəfadar qızı bədən xəsarətləri alıb.

Yarali təcili yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ bazu sümüyünün yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər