Bərdə rayonunda “Azərtoxum” MMC-nin direktoru Məzahir Qasımovu bıçaqlamaqda ittiham olunan Orxan Fərəcbəylinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası sentyabrın 28-nə təyin olunub.
İttihama görə, Bərdə rayonun Şərifli kəndində Məzahir Qasımov oğlu Şamil Qasımov ilə Orxan Fərəcbəyli arasında baş verən dava-dalaş zamanı onları ayırmaq istəyərkən bıçaqlanıb.
Orxan Fərəcbəyli Məzahir Qasımova 3 bıçaq zərbəsi endirib.
Xəstəxanaya yerləşdirilən Məzahir Qasımova vaxtında tibbi yardım göstərildiyi üçün onun həyarını xilas etmək mümkün olub.
Hadisəni törədən Orxan Fərəcbəyli həbs olunub.
Qeyd edək ki, hadisə zamanı bıçaqlanan Məzahir Qasımov “Azərtoxum” MMC-nin direktorudur.
İstintaq orqanı tərəfindən Orxan Fərəcbəlyinin barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.