Bakının Nərimanov rayonunda soyğunçuluq hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, oktyabrın 12-də Fətəli Xan Xoyski küçəsində naməlum şəxs Bakı şəhər sakini Mirəkbər Məmmədovu döyərək içərisində 150 manat olan pul kisəsini və mobil telefonunu alaraq qaçıb.
Nərimanov Rayon Polis İdarəsi 17-ci polis bölməsi Cinayət-Axtarış Şöbəsi əmədaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Aqil Qədirov tutulub.
Hacı Zeynalov