Bakının Nizami rayonunda qanlı cinayət hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Naxçıvanski küçəsi 15 ünvanında qeydə alınıb. həmin ünvanda yaşayan Zarina Orucova bıçaqlanıb. Bıçaq xəsarəti alan qadın ağır vəziyyətdə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Araşdırmalar zamanı Zarina Orucovanın özünü bıçaqladığı məlum olub. O, hadisədən əvvəl həyat yoldaşı ilə mübahisə edib. Bu zaman əsəbləşən qadın bıçaqla özünə xəsarət yetirib. Hazırda polis əməkdaşları qadının hansı səbəbdən bıçaqlanmasını araşdırır.
Hacı Zeynalov