14 Oktyabr 2014 12:57
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızı rayonunda qətl hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Xələc kəndində qeydə alınıb. Xasməmməd Rəsulovun bıçaqla qətlə yetirilmiş meyiti evində tapılıb.

Xızı rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş kənd sakini Elnur Heybətov tutulub.

Xızı rayonunda qətl törədən şəxsin məktəbli olduğu məlum olub. Bu barədə Teleqraf.com-a Xızı rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, 8-ci sinif şagirdi olan Elnur Heybətov həmkəndlisi Xasməmməd Rəsulovun evinə gəlib. Bu zaman məktəbli ilə Xasməmməd arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Mübahisə zamanı həyətdə olan stolun üstündən bıçağı götürən Elnur Heybətov özündən 30 yaş böyük olan kişiyə çoxsaylı zərbələr vurub. Elnur Heybətov cinayəti törədəndən sonra hadisə yerindən qaçsa da, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb. İstintaqa ifadə verən Elnur Heybətov törətdiyi cinayəti etiraf edib. O, hadisənin şəxsi münasibətlər zəminində baş verdiyini deyib. Öldürülən Xasməmməd Rəsulov Əfqanistan döyüşlərində iştirak edib.

Faktla bağlı Xızı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər