Rusiyada cinayətkar birlik yaratmaqda ittiham olunan azərbaycanlılar həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi (quldurluq) ilə axtarışda olan Nəsud Quliyev və 210-cu maddəsi (cinayətkar birlik yaratma) ilə axtarışda olan Fərhad Abdullayev tutulub, 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Nurlan Əlihüseynov saxlanılıb.
Hacı Zeynalov