Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliynin rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Mənzilə baxış keçirilərkən halsız vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil verilib.
İlhamə