14 Oktyabr 2014 16:30
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan Vüqar Şahismayıl oğlu Əmrahovun yanına qəsamüddətli görüşə gəlmiş anası Şəfiyə Süleyman qızı Əmrahovanın üzərinə və əşyalarına baxış keçirilib.

Baxış zamanı Şəfiyə Əmrahovanın əynində olan pencəyin cibindən içərisində “Sim” və “Nar” danışıq kartları olan 1 ədəd “Samsung Duos” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Vüqar Əmrahov əvvəllər Cinayət Məcəlləsinin 178.2.3-cü (dələdulzuq) maddəsinə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilib və hal-hazırda Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsinə əsasən həbs edilib.

Qeyd edək ki, Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində qanlı hadisə baş verib. həmin həbsxanada cəza çəkən Əmrahov Vüqar Şahismayıl oğlu və qardaşı Anar Əmrahov digər məhbus Elşən Əliyevlə mübahisə ediblər. Mübahisə daha sonra dava-dalaşa çevrilib və qardaşlar Elşən Əliyevə kətillə bir neçə zərbə endiriblər. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Elşən Əliyev 4 gün sonra keçinib.

Fakt üzrə araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər