15 Oktyabr 2014 01:13
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiyada 22 yaşlı gənc qadının vaginasından kök verməyə başlamış kartof çıxıb.

Belə ki, o, Kolumbiyanın mərkəzindəki Honda şəhərində "qarın ağrısı" şikayəti ilə təcili yardım xidmətinə müraciət edib.

Müayinənin nəticələri yerli səhiyyə işçilərini əməlli-başlı şoka salıb. Onlar gənc xanımın uşaqlıq yolunda artıq kök atmağa başlayan kartof aşkar ediblər. Gənc xanım isə bu hadisəyə görə çox da təəccüblənməyib. Bəlli olub ki, o bu kartofu vaginasına elə özü yerləşdirib.

Teleqraf.com-un məlumatına görə, adı mətbuata açıqlanmayan gənc qadın anasının tövsiyəsilə, cinsi əlaqə əsnasında hamilə qalmamaq üçün bunu edib. Beləliklə, uzun müddət qadının cinsi orqanında qalan kartofun kök verməyə başladığı aydın olub.

Həkimlər yaşıllaşmaqda olan bütöv kartofu qadının vaginasından çıxardıblar və xəstənin daxili orqanlarının bu qəribə doğum idarə üsulu nəticəsində hər hansı ziyana düşmədiyini bildiriblər.


Müəllif:

Oxşar xəbərlər