8 Oktyabr 2020 11:59
1 916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda tanışını bıçaqlamaqda ittiham olunan 1996-cı il təvəllüdlü Cəfər Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Cəfər Hacıyev Masallı şəhərində “Scar” adlanan kafenin içərisində olan otaqda əvvəllər tanıdığı Aysel Abdullayevanın onun spirtli içki içməsi ilə bağlı dostu Fərid Abbasova yalan məlumat verib.

Bu səbəbdən Cəfərlə Aysel arasında mübahisə yaranıb, mübahisə zamanı Aysel onu söyüb.

Bundan əsəbiləşən Cəfər Hacıyev bıçaqla qızı qarın nahiyəsindən vurub. Aysel Abdullayevaya xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. İstintaq orqanı tərəfindən Cəfər Hacıyevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəfər Hacıyev 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Cəfər Hacıyev apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib. Cəfər Hacıyevin şikayətinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb.

Hakim Elşad Əliyevin sədrliyi ilə baş tutan iclasda Cəfər Hacıyevin apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Cəfər Hacıyevin cəzası qismən təmin edilib və onun cəzası 3 ilə endirilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər