12 Oktyabr 2020 14:00
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 29-da rayon ərazisindəki apteklərin birindən 1200 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Həsənov saxlanılıb.

Oğurluq etdiyinə görə tutulmuş D.Dadaşovun ətrafında Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsində araşdırma aparılıb.

Əməliyyat tədbirləri ilə onun Nardaran qəsəbəsindəki evlərdən birinin həyətindən inşaat materialları və 50 ev quşu, bir evin həyətindən isə 100 metr elektrik naqili, təmir-tikinti alətləri, 3 ədəd su nasosu və samovar oğurlaması müəyyən edilib.

A.Həsənovun ətrafında isə Xətai rayon Polis İdarəsinin 34-cü polis şöbəsində araşdırma aparılıb. Onun Babək prospektindəki marketlərin birindən 500 manat pul və 850 manat dəyərində tütün məmulatı oğurlaması müəyyən olunub.

Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 24-dən oktyabrın 11-dək olan müddətdə Ləhiş bağları ərazisindəki evlərin birindən 2500 manat dəyərində televizor, kombi aparatı, su mühərriki və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Musayev saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun daha bir həyətdəki yardımçı təsərrüfatdan su mühərriki, elektrik naqili və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.

Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da rayon ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini Z.Həmidli tutulub.

Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsinə oktyabrın 11-nə keçən gecə Müşfiqabad qəsəbəsi ərazisindən Abşeron rayon sakini K.Məmmədovun “Mercedes” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmyerlisi N.Güniyev qısa müddətdə müəyyən edilərək Sahil qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən avtomobillə birgə saxlanılıb.

Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinə oktyabrın 11-də Babək prospektindən Bakı şəhər sakini H.Novruzovun “VAZ-2106” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini C.Sadıqov qısa müddətdə müəyyən edilərək rayon ərazisində polis əməkdaşları tərəfindən avtomobillə birgə saxlanılıb.


Müəllif: Hacı Zeynalov