12 Oktyabr 2020 14:53
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunda tələbənin qətlində ittiham olunan Əliməmməd Əliməmmədovun barəsidə olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Rəşid Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası oktyabrın 16-na təyin olunub.

İttihama görə, mayın 14-də, axşam saatlarında rayonun Mosul kəndi ərazisindəki idman meydançasında kənd sakini, 16 yaşlı Əliməmməd Əliməmmədov həmyerlisi, 18 yaşlı İlyas İlyasovu arasında şəxsi münasibətlər zəminində bıçaqlayaraq qətlə yetirib.

Hadisədən sonra Əliməmməd Əliməmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisəni törətməkdə şübhəli sayılan Əliməmməd Əliməmmədov Mosul kənd tam orta məktəbinin 11-ci sinif şagirdidir. Qətlə yetirilən İlyas İlyasov isə Gürcüstan Respublikasındakı ali təhsil ocaqlarından birinin birinci kurs tələbəsidir.

Əliməmməd Məmmədov törətdiyi əməldən peşman olduğunu deyib.

İstintaq orqanı tərəfindən Əliməmməd Əliməmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.


Müəllif: Hacı Zeynalov