Tovuz rayonunda qətl törətməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Aftandil Sultanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Nural Əliyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, Tovuz rayonun Bozalqanlı kənd sakini, 1992-ci il təvəllüdlü Elnur Mehdiyev həmyerlisi, 1984-cü il təvəllüdlü Aftandil Sultanov tərəfindən bıçaqlanaraq öldürüb.
Elnur Mehdiyev Aftandil Sultanovun yaşadığı Abulbəyli kəndindəki evinin həyətində olan mağazaya oğurluğa girib.
Mağaza sahibi kamera vasitəsilə onu görüb və evdən bıçaq götürərək mağazaya gəlib. O, giriş qapısında Elnur Mehdiyevlə rastlaşıb, əlbəyaxa dava düşüb.
Dava zamanı Aftandil Sultanov əlindəki bıçaqla Elnur Mehdiyevin ürəyindən bir neçə zərbə vurub.
Aftandil Sultanov şübhəli şəxs qismində saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.